Want create site? With Free visual composer you can do it easy.

Check-up niyə vacibdir?

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, hər bir şəxs ildə ən azı 1 dəfə orqanizmin tam müayinəsindən keçməlidir. Orqanizmin vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün vacib olan tam müayinə həyat keyfiyyətini də yüksək səviyyədə saxlamağa kömək edir. Hər birimizin sağlamlığımızla bağlı qarşılaşa biləcəyimiz çoxlu risklər mövcuddur. Zərərli vərdişlər, həyat şəraiti, genetik meylliklər (məsələn, diabet, ürək xəstəlikləri və onkoloji xəstəliklərdən əziyyət çəkən ailələrin üzvləri) kimi bəzi amillər sizin sağlamlığınız üçün mənfi şərait yaradır. Məhz buna görə də check-up xəstəliklərin ilkin diaqnostikasında müstəsna rol oynayır. Sadəcə bir neçə saatınızı check-up üçün sərf edib sağlamlığınızla əlaqəli bütün lazımi informasiyanı əldə edə və ciddi xəstəliklərin inkişafının qarşısını ala bilərsiz.

konul
Did you find apk for android? You can find new Free Android Games and apps.