" /> Мой заголовок содержание страницы

Həkim qəbuluna çoxkanallı telefon vasitəsilə yazıla bilərsiniz [012] 404 1 404

Siz həmçinin qəbul formasından istifadə edə bilərsiniz

Ad / Soyad

Elektron Poçt

Əlaqə nömrəsi

Qəbulun arzuolunan tarixi və vaxtı

Hansı xidmət sizi maraqlandırır?

Qəbula yazılmaq

Программы check-up >> Стандартная

Программы check-up >> Индивидуальная

Программы check-up >> Корпоративная

Программы check-up >> Спортивная

Qəbula yazılmaq

qaynar xətt [012] 404 1 404

HAYAT CLİNİC tibb mərkəzində Check-up

Check-up niyə vacibdir?

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, hər bir şəxs ildə ən azı 1 dəfə orqanizmin tam müayinəsindən keçməlidir. Orqanizmin vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün vacib olan tam müayinə həyat keyfiyyətini də yüksək səviyyədə saxlamağa kömək edir. Hər birimizin sağlamlığımızla bağlı qarşılaşa biləcəyimiz çoxlu risklər mövcuddur. Zərərli vərdişlər, həyat şəraiti, genetik meylliklər (məsələn, diabet, ürək xəstəlikləri və onkoloji xəstəliklərdən əziyyət çəkən ailələrin üzvləri) kimi bəzi amillər sizin sağlamlığınız üçün mənfi şərait yaradır. Məhz buna görə də check-up xəstəliklərin ilkin diaqnostikasında müstəsna rol oynayır. Sadəcə bir neçə saatınızı check-up üçün sərf edib sağlamlığınızla əlaqəli bütün lazımi informasiyanı əldə edə və ciddi xəstəliklərin inkişafının qarşısını ala bilərsiz.

Check-up proqramları

Pasİentlər üçün xİdmətlər:

  • Həkim məsləhətləşməsinə onlayn qeydiyyat
  • Həkim məsləhətləşməsindən sonra müalicənin planlanması
  • Sonrakı həkim nəzarəti
  • Ailə təbabəti

Xəbərlər

17/07/2015

Ramazan Вayramı

HAYAT CLİNİC Tibb Mərkəzi Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, firavan həyat, səadət dolu günlər arzulayır!

Ətraflı

17/07/2015

Ramazan Вayramı

HAYAT CLİNİC Tibb Mərkəzi Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, firavan həyat, səadət dolu günlər arzulayır!

17/07/2015

Azər Qərib HAYAT CLİNİC Tibb Mərkəzində

Ətraflı

17/07/2015

Azər Qərib HAYAT CLİNİC Tibb Mərkəzində

14/07/2015

Günəşdən qorunmaq üçün sadə tədbirlər

Son onilliklərdə dəri xərçənginin artması halları aktiv istirahətlə məşğul olma və açıq havada əyləncələrin getdikcə populyarlaşdığı bir dövrdə UB (ultra bənövşəyi) şüalara daha çox məruz qalma ilə bağlıdır. Məlumdur ki, günəş şüalarının həddindən çox qəbulu dəri, göz və immun sistemi üçün kökündən mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, beş haldan dördündə dəri xərçəngini önləmək mümkündür, çünki əksər hallarda UB şüaların zərərinin qarşısı alına bilər. HAYAT CLINIC tibb mərkəzinin yüksək kateqoriyalı dəri-zöhrəvi həkim-kosmetoloqu Leyla Allaferdovanın . . .

Ətraflı

14/07/2015

Günəşdən qorunmaq üçün sadə tədbirlər

Günəşdən qorunmaq üçün sadə tədbirlər

Son onilliklərdə dəri xərçənginin artması halları aktiv istirahətlə məşğul olma və açıq havada əyləncələrin getdikcə populyarlaşdığı bir dövrdə UB (ultra bənövşəyi) şüalara daha çox məruz qalma ilə bağlıdır. Məlumdur ki, günəş şüalarının həddindən çox qəbulu dəri, göz və immun sistemi üçün kökündən mənfi təsir göstərir. Çox günəş şüası altında qalmaq dəridə nazikləşmə, qırış, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapilyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Mütəxəssislərin fikrincə, beş haldan dördündə dəri xərçəngini önləmək mümkündür, çünki əksər hallarda UB şüaların zərərinin qarşısı alına bilər.

HAYAT CLINIC tibb mərkəzinin yüksək kateqoriyalı dəri-zöhrəvi  həkim-kosmetoloqu Leyla Allaferdovanın sözlərinə görə, UB şüaları səhər saat 11-dan saat 16-ə qədər daha çox intensiv olur. İmkan olduqca bu saatlarda günəş altında qalma müddəti azaldılmalıdır.

Dr. Leyla Allaferdova qeyd edir ki, ən yaxşı qorumanı kölgə, geyim və baş geyimləri təmin edir, bədənin əl və üz kimi görünən hissələrinə isə günəşdən qoruyucu krem çəkilməlidir: “Buna baxmayaraq, günəşdən qoruyucu vasitələr heç vaxt günəş altında daha çox qala bilmək üçün əsas olmamalıdır”.

 

Kölgədən istifadə edin

Dr. Allaferdovanın dediyinə görə, UB şüalarının daha çox intensiv olduğu vaxtlarda kölgədə olmağa çalışmaq lazımdır, amma nəzərə alınmalıdır ki, ağac, çətir və s. kölgəliklər günəşdən tam müdafiəni təmin etmir. “Kölgə qaydası”nı xatırlayın: Öz kölgənizi izləyin: əgər o qısadırsa, tez günəşdən gizlənin!

 

Günəşdən qoruyucu paltar geyinin

Həkim-kosmetoloq bildirir ki, geniş kənarlı şlyapa göz, qulaq, üz və boyunun arxa hissəsi üçün etibarlı qorumanı təmin edir.  UB-A və UB-B şüalarından 99%-100% qoruyan günəş eynəkləri, böyük nisbətdə gözə olan zərərli təsiri azaldır. Bədənin böyük hissəsini örtən sıx toxunan və boş paltar əlavə olaraq günəşdən qorumanı təmin edir.

 

Günəşdən qoruyucu krem istifadə edin

Leyla Allaferdova məsləhət görür ki, hər iki saatdan bir və ya açıq havada çimdikdən, oynadıqdan və ya idmanla məşğul olduqdan sonra geniş spektrli 30+ faktorlu günəşdən qoruyucu kremi bol-bol dərinin açıq hissələrinə çəkin.

 

 

Uşaqlara xüsusi qoruma lazımdır

Klinikanın həkim-kosmetoloqu deyir ki, uşaqlar inkişafın dinamik səviyyəsindədirlər və ekoloji təhlükələrə qarşı böyüklərdən daha çox həssasdırlar.

“Uşaqlara və yeniyetmələrə günəş şüalarının təsiri gələcəkdə melanoma və qeyri-melanoma dəri xərçəngi xəstəliklərinin riskini artırır. 3 yaşından kiçik uşaqlar isə, ümumiyyətlə, günəş şüaları altında saxlanılmamalıdırlar. Uşaqların gün ərzində itirdikləri su miqdarını tənzimləmək üçün gün ərzində onlara çoxlu su içirtmək lazımdır”, - deyə dr. Allaferdova vurğulayır.

 

Xroniki günəş şualanmasının dərinin qocalmasına təsiri

Leyla Allaferdova xroniki günəş şüalanmasının dərinin qocalmasına təsir edən əsas faktorlardan biri olduğunu qeyd edir: “Onun əlamətləri ən çox dərinin açıq sahələrində, əsasən də, üz hissəsində əmələ gəlir. Ultrabənövşəyi şualanma dərinin qocalmasını əhəmiyyətli dərəcədə sürətləndirir. Zədələnmiş dəri qalınlaşma ilə, qırışlanma ilə, qeyri – bərabər sarımtıl rənglə, teleanqioektaziya ilə (xırda kapilyarların genişlənməsi), elastozla (dərinin sallanması), qeyri-bərabər piqmentasiya ilə və müxtəlif xoşxassəli xərçəng və xərçəng öncəsi xəstəliklərlə xarakterizə olunur”. 

Onun sözlərinə görə, bu proses xüsusilə günəşin altında işləyən insanlarda aydın müşahidə olunur.

 

15 ildən artıq beynəlxalq təcrübəsi olan dəri-zöhrəvi – həkim-kosmetoloqu Leyla Allaferdova 2002-2004-cü illərdə Fransanın Laon şəhərində Müqəddəs Mariya adına hospitalda işləmişdir. Leyla Allaferdova HAYAT CLINIC tibb mərkəzində fəaliyyətə başlamazdan öncə Qırğızıstanın Respublika dəri-zöhrəvi mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. O, Qırğızıstan Respublikasının dəri-zöhrəvi xəstəlikləri və kosmetoloqlar assosiasiyasının üzvüdür.

Leyla Allaferdova dermatoloji kosmetologiya sahəsində dünyanın tanınmış mütəxəssisləri yanında təlim və ixtisaslaşma  keçmişdir.

Təcrübəli həkim-kosmetoloq Allopeciya (keçəlləşmə), cinsi yolla keçən infeksiyalar İİV/ QİCS, sosial əhəmiyyətli dəri xəstəlikləri, onların həlli yolları, həmçinin, seborial dermatit, civzə xəstəlikləri və onların müalicəsi ilə bağlı bir sıra elmi praktiki konfranslarda  iştirak etmişdir.

Leyla Allaferdovaya hər hansı sualınız olsa, (012) 404 1 404, 055 230 82 28 telefon nömrələri və ya leyla.allaferdova@hayatclinic.az emaili vasitəsilə müraciət edə bilərsiniz.